Modern.az

“Azərbaycanda İnstitusional Quruculuq” layihəsi müzakirə olunub

“Azərbaycanda İnstitusional Quruculuq” layihəsi  müzakirə olunub

Təhsil

29 May 2015, 18:08


Bu günlərdə “Four Seasons” Otelinin Segah zalında “Azərbaycanda İnstitusional Quruculuq” mövzusunda Konfrans keçirilib. Konfransın əsas məqsədi potensial benefisiar qurumlar və digər tərəfdaşlara Aİ İnstitusional Quruculuq (İQ) alətləri, o cümlədən Tvinninq, TAİEX və SİGMA alətlərinin həyata keçirilməsi haqqında geniş məlumat verməkdən ibarət olub.  

Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev və Avropa İttifaqının Azərbaycandakı Səfiri xanım Malena Mard İnstitusional Quruculuq sahəsində Aİ ilə Azərbaycan arasında əməkdaşlıq haqqında söz açıblar. Həmçinin, bu əməkdaşlığın gələcək perspektivləri haqqında danışıblar. 

Azərbaycanda Proqram İdarəetmə Qurumunun Direktoru cənab Ruslan Rüstəmli isə əsasən də Tvinninq və TAİEX alətlərini təqdim edib. O, Hərtərəfli İnstitusional Quruculuq proqramı haqqında ətraflı məlumat verib, ölkədə bu alətlərin tətbiqi sahəsində mövcud vəziyyətlə bağlı məlumatlandırıcı təqdimatla çıxış edib.

Tədbirdə həmçinin AK Qonşuluq və Danışıqların Genişləndirilməsi  üzrə Baş Direktorluğun TAİEX, Tvinninq, İnstitusional Quruculuq şöbəsinin müdir müavini,   cənab Michael Vögele Tvinninq sahəsində həyata keçirilən islahatlar və TAİEX-in son inkişaf və trendləri barədə təqdimat keçirib.

Tədbirdə Azərbaycan Respublikasının dövlət qurumlarının, Aİ Üzv Dövlətlərinin səfirliklərinin, Beynəlxalq təşkilatların və fondların, həmçinin digər qurumların nümayəndələri iştirak ediblər. Tvinninq aləti Aİ-na üzv dövlətlərin dövlət qulluqçuları və onların azərbaycanlı həmkarları arasında bilavasitə təcrübə mübadiləsi vasitəsi ilə Aİ qanunvericiliyinin, ən yaxşı təcrübə və standartlarının uyğunlaşdırılmasının həyata keçirilməsində Azərbaycan Hökumətə kömək göstərir. İndiyədək  Azərbaycanda 26 tvinninq layihəsi həyata keçirilib. Bu layihələrdən 21-i müvəffəqiyyətlə başa çatdırılıb, 5 layihə isə davam etməkdədir, daha 16 layihə hazırlıq mərhələsindədir.

TAİEX qısa müddətli texniki yardım, məsləhət və təlim təklif edir. TAİEX, Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti (AQTA) çərçivəsində əsas əməkdaşlıq alətinə çevrilib. İndiyə qədər Azərbaycanda 122 TAİEX tədbiri həyata keçirilib. Azərbaycanın dövlət qurumlarının nümayəndələri bir neçə ölkənin iştirakı ilə keçirilmiş 60 TAİEX tədbirində iştirak ediblər.

 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular