Modern.az

Bp Azərbaycan şirkətinə mükafat verdi - FOTOLAR

Bp Azərbaycan şirkətinə mükafat verdi - FOTOLAR

Təhsil

3 İyun 2015, 11:23

 

“Gidromaşservis” Qapalı Səhmdar Cəmiyyəti bp-nin ali mükafatına layiq görülüb. Bu barədə Modern.az saytına şirkətin Müşahidə Şurasının sədri Akif Orucov məlumat verib.

O qeyd edib ki, bundan öncə bp sahibkarlığın inkişafı ilə bağlı Azərbaycanda fəaliyyət göstərən şirkətlər arasında proqram həyata keçirməyə başlayıb. Və nəticədə 180 şirkət arasında  4 nominasiya üzrə qaliblər müəyyənləşdirilib. Həmin proqrama uyğun olaraq  “Gidromaşservis” QSC-də  mükafata layiq görülüb. 

Məlumat üçün bildirək ki, “Gidromaşservis” Qapalı Səhmdar Cəmiyyəti (QSC)1994-cü il oktyabr ayının 31-də fəaliyyətə başlayıb. Bu gün artıq tikinti-quraşdırma işlərinin geniş spektrinə malik, müasir, inkişaf etmiş struktur kimi öz işini davam etdirir. Məhz buna görədir ki, şirkət qısa müddət ərzində gördüyü işlərin sayəsində Respublikada inşaat kompleksində özünəməxsus yer tutub.

Qeyd edək ki, “Gidromaşservis”QSC-nin xidmətlərindən Meliorasiya və Su Təsərrüfatı Nazirliyi, “Azərsu” ASC, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Məcburi Köçkünlərin Sosial İnkişaf  Fondu və çoxlu sayda digər şirkətlər mütamadi olaraq yararlanırlar.


Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular