Modern.az

“Azərbaycanda şagirdlərin sayı artacaq” – RƏSMİ

“Azərbaycanda  şagirdlərin sayı artacaq” – RƏSMİ

4 İyun 2015, 13:33

"Bizim orta müddətli proqnozlarına görə, növbəti 5 il ərzində orta məktəblərin şagirdlərinin sayı əhəmiyyətli dərəcədə artım olacaq. Belə ki, 2015-2016-cı yeni tədris ilində orta ümumtəhsil məktəblərinin 1-ci sinfinə qəbul olunacaq şagirdlərin sayının artacağı gözlənilir".

Modern.az xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib. M.Cabbarov qeyd edib ki, bu da təbii olaraq, təhsil sistemindən yeni çağırışlara yeni cavablar tələb edir.

“Son tədris ilində həqiqətən də 6 yaşı tamam olmuş böyük sayda uşaq 1-ci sinfə qəbul olunmamışdı. Ona görə də yaşı 6-dan çox olan uşaqların təhsilə cəlb olunması yerli icra hakimiyəti orqanlarının diqqət mərkəzindədir.  

Çünki nümunəvi əsasnaməyə görə, məcburi təhsilə cəlb olunma yerli icra hakimiyyəti orqanlarının əsas vəzifələrindən biridir. Ümid edirəm ki, onlar yerli qurumlar və yerli təhsil şöbələri ilə sıx işləyirlər.  Təbii olaraq burada ictimaiyyətin, medianın da rolu çox mühümdür".  

Nazir eyni zamanda uşaqların təhsildən yayınması məsələsinə də toxunub.

“Bir çox dövlətlərdə uşaqların təhsilə vaxtında cəlb olunmamasına və təhsildən yayınmaya görə cəzaların nəzərdə tutulub. Bu cəzalar həm inzibati, bəzi ölkələrdə isə Cinayət Məcəlləsinin müvafiq maddələrinin pozuntusu kimi hesab edilir.  

Azərbaycanda tədbirlər belə formada həyata keçirilməməlidir. Bu məsələdə inzibati tədbirlərə əl atmaqdansa "şüur"un üzərində çalışmaq lazımdır. Başqa sözlə, təhsilin dəyəri olmalı və ölkəmizin hər bir övladının, vətəndaşının təhsil hüququnun müqəddəs konstutision hüququnun olması, onun gələcəyi üçün təhsilin çox mühüm amil olmasını nəzərə almalıyıq. Bu işi istənilən bir məmurun, dövlət qurumunun işi kimi deyil, ümümmilli iş kimi qəbul etməyimiz daha düzgün olardı".

Aytən Əliyeva

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular