Bu gün Səbail rayonu 29-cu seçki dairəsindən millət vəkili seçilmiş Fuad Muradov Milli Məclisdə seçiciləri qəbul edib. Əvvəlcədən müraciət etmiş seçicilərin hər birini ayrı-ayrılıqda qəbul edən millət vəkili onları narahat edən məsələlərlə tanış olub.
Müraciətlər arasında sosial, hüquqi məsələlərlə yanaşı, bir sıra məişət, kommunal problemləri də yer almışdı. Millət vəkilinə müraciət edən seçiciləri əsasən iş, mənzil qeyiyyatı, o cümlədən bir sıra hüquqi məsələlər narahat edirdi.