Modern.az

“Gənclik” metrostansiyasının keçidlərinə niyə sürüşkən mərmər döşənir? - AÇIQLAMA

“Gənclik” metrostansiyasının keçidlərinə niyə sürüşkən mərmər döşənir? - AÇIQLAMA

4 İyun 2015, 14:23

Bakı metropoliteninin bəzi stansiyalarında aparılan təmir-tikinti işləri davam etməkdədir. Təbii ki, bu işin nəticəsində stansiyaların görünüşü müsbət mənada dəyişir. Amma, məsələn, yolu “Gənclik” stansiyasından düşənlər heç də bu qənaətdə deyillər. Onların fikrincə, yerə vurulan sürüşkən mərmərlərin üzərində yeriyərkən hər an yıxılmaq təhlükəsi ilə üzləşə bilərsiniz.

Yadınızdadırsa, Bakı Metropoliteninin keçmiş rəhbəri Tağı Əhmədovun vaxtında “28 May” stansiyasında yerə döşənən mərmərlərin sürüşkən olması səbəbindən bir neçə nəfər yıxılaraq xəsarət almışdı.
İndi həmin hadisələrin “Gənclik”də təkrarlanmayacağına təminat varmı?

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin  mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az saytına metrodan istifadə edənlərə narahat olmamağı tövsiyə edib: “Belə hal yalnız “Gənclik” stansiyasında müşahidə edilə bilər. Nəzərə almaq lazımdır ki, biz oradakı təmir işlərini stansiyanı bağlamadan davam etdiririk. Əmin ola bilərsiniz ki, işlər tam yekunlaşdıqdan sonra narahatlıq üçün heç bir əsas olmayacaq”.

Qurum rəsmisi 1-ci Avropa Oyunlarına qədər “Gənclik” stansiyasında işlərin tam yekunlaşacağını da vurğulayıb.


Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular