Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 2-də Bakı şəhəri üzrə orta məktəblərin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada keçirdiyi buraxılış imtahanlarının cavablarını açıqlayıb.
Həmin gün eyni zamanda Bakı şəhərində fəaliyyət göstərən məcburi köçkün rayonlarının orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər də buraxılış imtahanı veriblər.
İmtahanların nəticələri iyun ayının 4-də TQDK-nın internet saytında yerləşdirilib.
TQDK-dan Modern.az saytına bildirilib ki, 9-cu siniflərin buraxılış imtahanları test üsulu ilə ana dili və riyaziyyat fənləri üzrə keçirilib. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilib. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi (inşa) yerinə yetiriblər
İmtahanda iştirakı nəzərdə tutulan 31490 şagirddən 404 nəfəri gəlməyib, 5 nəfər qaydaları pozduğu üçün nəticələri ləğv olunub. TQDK-nın internet saytında 31081 şagirdin imtahan nəticələri yerləşdirilib.
Qeyd edək ki, ümumi orta təhsil bazasında (9 illik ) keçirilmiş buraxılış imtahanında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar.
IX sinif şagirdlərinin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalasına (2,3,4,5) uyğunluğu aşağıdakı cədvəldə təqdim olunur:
Qiymət | Fənlər üzrə düzgün cavabların sayı | ||
Ana dili | Ana dili | Riyaziyyat | |
2 | 0-7 | 0-7 | 0-7 |
3 | 8-16 | 8-16 | 8-16 |
4 | 17-23 | 17-23 | 17-22 |
5 | 24-30 | 24-30 | 23-30 |
İyunun 2-də ümumi orta təhsil bazasında (9 illik) keçirilmiş buraxılış imtahanın nəticələrinə dair statistik məlumat
Qiymət | Ana dili | Riyaziyyat | ||
sayı | faizi | sayı | faizi | |
[ 2 ] | 4221 | 13.58 | 4385 | 14.11 |
[ 3 ] | 12646 | 40.69 | 12975 | 41.75 |
[ 4 ] | 8361 | 26.90 | 7967 | 25.63 |
[ 5 ] | 5853 | 18.83 | 5754 | 18.51 |
Cəmi | 31081 | 100.00 | 31081 | 100.00 |
Azərbaycan bölməsi üzrə
Qiymət | Ana dili | Riyaziyyat | ||
sayı | faizi | sayı | faizi | |
[ 2 ] | 3921 | 14.91 | 4073 | 15.49 |
[ 3 ] | 10766 | 40.94 | 11174 | 42.49 |
[ 4 ] | 6613 | 25.15 | 6397 | 24.33 |
[ 5 ] | 4996 | 19.00 | 4652 | 17.69 |
Cəmi | 26296 | 100.00 | 26296 | 100.00 |
Rus bölməsi üzrə
Qiymət | Ana dili | Riyaziyyat | ||
sayı | faizi | sayı | faizi | |
2 | 300 | 6.27 | 312 | 6.52 |
3 | 1880 | 39.29 | 1801 | 37.64 |
4 | 1748 | 36.53 | 1570 | 32.81 |
5 | 857 | 17.91 | 1102 | 23.03 |
Cəmi | 4785 | 100.00 | 4785 | 100.00 |
Yuxarıdakı cədvəldən də göründüyü kimi Azərbaycan bölməsində buraxılış imtahanında iştirak edən 9-cu sinif şagirdlərinin 55,85. faizi ana dili fənni üzrə, 57,98 faizi riyaziyyat fənni üzrə “2” və “3” qiyməti almışlar. Həmin bölmədə ana dili fənni üzrə şagirdlərin 44,15 faizi, riyaziyyat fənni üzrə isə 42,02 faizi “4” və “5” qiyməti alıb.
Rus bölməsində isə buraxılış imtahanında iştirak edən 9-cu sinif şagirdlərinin 45.56.%-i ana dili fənni üzrə, 44.16%-i riyaziyyat fənni üzrə “2” və “3” qiyməti alıblar. Həmin bölmədə ana dili fənni üzrə şagirdlərin 54.44%-i, riyaziyyat fənni üzrə isə 55.84 %-i “4” və “5” qiyməti alıb.
56 nəfər maksimum nəticə göstərərək 60 bal toplayıb.
11-ci sinif
XI sinif şagirdləri üçün buraxılış imtahanları test üsulu ilə ana dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilib. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 test tapşırığı təqdim edilib. Bundan əlavə, şagirdlərə təqdim edilmiş mövzü üzrə yazı işi yerinə yetirmək təklif olunub. İmtahanın ümumi müddəti iki saat müəyyən edilmiş, test tapşırıqlarının yerinə yetirilməsinə 1,5 saat, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılıb.
İmtahanda iştirakı nəzərdə tutulan 24445 şagirddən 333 nəfəri imtahana gəlməyib, 18 nəfər qaydaları pozduğu üçün nəticələri ləğv olunub. TQDK-nın internet saytında 24094 şagirdin imtahan nəticələri yerləşdirilib.
Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən, xarici dil (xarici dil tədris olunmayan məktəblərin şagirdləri üçün kimya) fənindən isə 5-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar.
XI sinif şagirdlərinin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalasına (2,3,4,5) uyğunluğu aşağıdakı cədvəldə təqdim olunur:
Təhsilin səviyyəsi | Qiymət | Fənlər üzrə düzgün cavabların sayı | |||
Ana dili | Ana dili | Riyaziyyat | Xarici dil/Kimya | ||
Tam orta | 2 | 0-7 | 0-7 | 0-7 | 0-5 |
3 | 8-17 | 8-17 | 8-16 | 6-15 | |
4 | 18-25 | 18-25 | 17-24 | 16-24 | |
5 | 26-30 | 26-30 | 25-30 | 25-30 |
İyunun 2-də tam orta təhsil bazasında (11 illik) keçirilmiş buraxılış imtahanın nəticələrinə dair statistik məlumat
Qiymət | Ana dili | Riyaziyyat | İngilis dili | Fransız dili | Alman dili | Ərəb dili | Rus dili | Kimya | ||||||||
| sayı | faizi | sayı | faizi | sayı | faizi | sayı | faizi | sayı | faizi | sayı | faizi | sayı | faizi | sayı | faizi |
[ 2 ] | 1899 | 7.88 | 1650 | 6.85 | 1340 | 5.69 | 30 | 27.78 | 8 | 11.59 | 1 | 12.50 | 89 | 24.52 | 2 | 16.67 |
[ 3 ] | 8741 | 36.28 | 6543 | 27.16 | 7980 | 33.91 | 60 | 55.56 | 31 | 44.93 | 2 | 25.00 | 185 | 50.96 | 7 | 58.33 |
[ 4 ] | 8523 | 35.37 | 9349 | 38.80 | 7106 | 30.19 | 14 | 12.96 | 17 | 24.64 | 4 | 50.00 | 69 | 19.01 | 3 | 25.00 |
[ 5 ] | 4931 | 20.47 | 6552 | 27.19 | 7108 | 30.20 | 4 | 3.70 | 13 | 18.84 | 1 | 12.50 | 20 | 5.51 | 0 | 0.00 |
Cəmi | 24094 | 100.00 | 24094 | 100.00 | 23534 | 100.00 | 108 | 100.00 | 69 | 100.00 | 8 | 100.00 | 363 | 100.00 | 12 | 100.00 |
Azərbaycan bölməsi üzrə
Qiymət | Ana dili | Riyaziyyat | İngilis dili | Fransız dili | Alman dili | Ərəb dili | Rus dili | Kimya | ||||||||
| sayı | faizi | sayı | faizi | sayı | faizi | sayı | faizi | sayı | faizi | sayı | faizi | sayı | faizi | sayı | faizi |
[ 2 ] | 1753 | 8.78 | 1498 | 7.51 | 1261 | 6.49 | 29 | 29.00 | 8 | 15.38 | 1 | 12.50 | 89 | 24.52 | 1 | 11.11 |
[ 3 ] | 7362 | 36.89 | 5564 | 27.88 | 6999 | 36.03 | 56 | 56.00 | 29 | 55.77 | 2 | 25.00 | 185 | 50.96 | 5 | 55.56 |
[ 4 ] | 6681 | 33.48 | 7554 | 37.86 | 5679 | 29.24 | 11 | 11.00 | 12 | 23.08 | 4 | 50.00 | 69 | 19.01 | 3 | 33.33 |
[ 5 ] | 4159 | 20.84 | 5339 | 26.76 | 5484 | 28.23 | 4 | 4.00 | 3 | 5.77 | 1 | 12.50 | 20 | 5.51 | 0 | 0.00 |
Cəmi | 19955 | 100.00 | 19955 | 100.00 | 19423 | 100.00 | 100 | 100.00 | 52 | 100.00 | 8 | 100.00 | 363 | 100.00 | 9 | 100.00 |
Rus bölməsi üzrə
Qiymət | Ana dili | Riyaziyyat | İngilis dili | Fransız dili | Alman dili | Kimya | ||||||
| sayı | faizi | sayı | faizi | sayı | faizi | sayı | faizi | sayı | faizi | sayı | faizi |
[ 2 ] | 146 | 3.53 | 152 | 3.67 | 79 | 1.92 | 1 | 12.50 | 0 | 0.00 | 1 | 33.33 |
[ 3 ] | 1379 | 33.32 | 979 | 23.65 | 981 | 23.86 | 4 | 50.00 | 2 | 11.76 | 2 | 66.67 |
[ 4 ] | 1842 | 44.50 | 1795 | 43.37 | 1427 | 34.71 | 3 | 37.50 | 5 | 29.41 | 0 | 0.00 |
[ 5 ] | 772 | 18.65 | 1213 | 29.31 | 1624 | 39.50 | 0 | 0.00 | 10 | 58.82 | 0 | 0.00 |
Cəmi | 4139 | 100.00 | 4139 | 100.00 | 4111 | 100.00 | 8 | 100.00 | 17 | 100.00 | 3 | 100.00 |
Yuxarıdakı cədvəldən də göründüyü kimi Azərbaycan bölməsində buraxılış imtahanında iştirak edən 11-ci sinif şagirdlərinin 45.67.%-i ana dili fənni üzrə, 35.39%-i riyaziyyat fənni üzrə “2” və “3” qiyməti alıblar. Həmin bölmədə ana dili fənni üzrə şagirdlərin 54.32%-i, riyaziyyat fənni üzrə isə 64.62 %-i “4” və “5” qiyməti alıblar.
Rus bölməsində isə buraxılış imtahanında iştirak edən 11-ci sinif şagirdlərinin 36.85.%-i ana dili fənni üzrə, 27.32%-i riyaziyyat fənni üzrə “2” və “3” qiyməti alıblar. Həmin bölmədə ana dili fənni üzrə şagirdlərin 63.15%-i, riyaziyyat fənni üzrə isə 72.68 %-i “4” və “5” qiyməti alıb. 165 nəfər maksimum nəticə göstərərək 90 bal toplayıb.
Yeganə OQTAYQIZI