Modern.az

NATO ordusunun Ukraynaya girməsinə razılıq verildi

NATO ordusunun Ukraynaya girməsinə razılıq verildi

4 İyun 2015, 19:28


Ali Radada xarici ölkə ordusunu Ukraynada beynəlxalq əməliyyat keçirməsi məqsədilə dəvət olunmasına  razılığı nəzərdə tutan qanun layihəsi qəbul edilib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, layihəni 240 deputat dəstəkləyib. Qanunda Ukrayna ərazisində beynəlxalq əməliyyat keçirilməsi üçün NATO-nun və Avropa İttifaqı hərbi kontingentinin yerləşdirilməsi şərtləri müəyyənləşib. Bundan əlavə, həmin qanuna görə, bu hərbi kontingent öz növbəsində Donetsk və Luqansk vilayətlərində vətəndaşların konstitusiya və azadlıq hüquqlarının qorunması, vəziyyətin sabitləşməsi, qayda-qanun yaradılması kimi funksiyanı yerinə yetirməlidir.

Bununla yanaşı, Rada Ukraynaya Rusiya sülhməramlılarının yerləşdirilməsini qadağan edib.

Xatırladaq ki, 2015-ci ilin əvvəlində Ukrayna parlamentinin deputatları Rusiyanı işğalçı ölkə kimi tanıyıblar.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular