Modern.az

Əli Kərimlini tənqid edənlər AXCP-dən qovuldu

Əli Kərimlini tənqid edənlər AXCP-dən qovuldu

4 İyun 2015, 23:50

Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) üç nəfər də çıxarılıb.

AXCP Nərimanov rayon təşkilatının sabiq funksioneri Ağaşirin Tanrıverdioğlunun APA-ya verdiyi məlumata görə, bu gün Nərimanov rayon təşkilatının Məclisinin növbədənkənar toplantısı keçirilib.  

İclasda rayon təşkilatının sədr müavini, AXCP Gənclər Komitəsinin fəalı Dəyanət Babayev, partiya üzvləri Cavid Musazadə və Ehtiram Mehdiyevin partiyadan xaric edilməsi barədə qərar qəbul ediblər.

Qərarın verilməsinə səbəb bu şəxslərin partiya rəhbərliyinin qərarları ilə razılaşmaması, partiya sədri Əli Kərimlinin çıxışlarına etiraz etmələri olub.   A. Tanrıverdioğlu bildirib ki, bu şəxslər AXCP  sədrinin göstərişi ilə partiyadan uzaqlaşdırılıblar.  

Qeyd edək ki, bir neçə gün öncə A. Tanrıverdioğlu da eyni ittihamla partiyadan uzaqlaşdırılıb.     

Ali Məclisin sədri Həsən Kərimov  bu barədə məlumatı olmadığını və rayon təşkilatı Məclisinin keçirilmədiyini bildirib.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular