Modern.az

Fatih Terim dünyada ən çox qazanan 10 məşqçidən biridir

Fatih Terim dünyada ən çox qazanan 10 məşqçidən biridir

5 İyun 2015, 10:16


Avropanın bütün ölkələrində futbol çempionatlarının başa çatmasından sonra transfer bazarında canlanma yaranıb. Bu canlanma səbəbindən futbolçularla bərabər, məşqçilər də seleksiyaçıların diqqət mərkəzindədir. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Avropanın nüfuzlu idman yazarlarının bir çoxu ötən mövsüm ən çox qazanan məşqçilərin adlarını müəyyənləşdirib.  Maraqlı məqam ondan ibarətdir ki, Türkiyə millisində o qədər də böyük nəticə əldə etməyən yerli məşqçi Fatih Terim bu siyahının ilk onluğunda yer alıb. O, illik 3 milyon avro gəliri ilə dünyanın ən çox qazanan 10-cu məşqçisi olub.

Ən çox qazanan digər 9 məşqçi bunlardır:

1. Pep Qvardiolla ( “Bavariya”, 16 mylyon)

2. Joze Mauriniyo (“Çelsi”, 11,5 milyon)

3. Roberto Mançini (“İnter”, 10,5 milyon)

4. Marsello Lippi (“Quançjaou”, 9,5 milyon)

5. Fabio Kapello ( Rusiya millisi, 8,5 milyon)

6. Lui Vanqal (“Mançestr Yunayted”, 7 milyon)

7. Karlo Ançelotti (“Real” Madrid, 7 milyon)

8. Arsen Venger (“Arsenal”, 605 milyon)

9. Yurgen Klopp (“Barussiya” Dortmund, 4,5 milyon)

Elmin NURİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular