Ermənistanın Lori vilayətində 7 gəncin ölümü ilə nəticələnən yanğın baş verib. Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, hadisə ötən gecə Taşir-Stepanavan yolunda baş verib.
Naməlum səbəbdən yolun əks tərəfinə çıxan “Volkswagen Touareg” markalı avtomobil daşlara çırpılaraq alışıb. Yanğın nəticəsində maşının 1991, 1993 və 1994-cü il təvəllüdlü 7 sərnişini yanaraq ölüb.
Qəzada ölənlər 21 yaşlı Vanik Mardoyan, 22 yaşlı Karen Xaçatryan, onun həmyaşıdı Arman Tonoyan, 24 yaşlı Qevork Poqosyan, onun həmyaşıdı Vaaqn Albertyan Lori vilayətindən, biri həmin vilayətin Metsavan kəndindən olan 22 yaşlı Qaspar Qukeyan və 22 yaşlı Yerevan sakini Artur Balyandır.
Hadisə yerinə gələn yanğınsöndürənlər alovu 1 saata söndürüblər. Yanğının başvermə səbəbləri araşdırılır.
Vüqar İsmayılov