Modern.az

Bakıda gəlin toy günü öldü

Bakıda gəlin toy günü öldü

10 İyun 2015, 10:14

 

Bakıda gəlin toyu günü yol qəzasında ölüb. Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunun Zirə qəsəbəsində baş verib. 

Qəza zamanı Xəzər rayon sakini Vəsilə Rzayeva toya hazırlıq üçün "gözəllik salonu"na gedib. Salondan çıxandan sonra isə bəy öz xalası oğlunu gəlini evə aparmaq üçün onun dalınca göndərib.

Amma salondan çıxan avtomobil bir qədər gedəndən sonra aşıb.

Nəticədə öz toyuna hazırlaşan V.Rzayeva hadisə yerində ölüb.

Qeyd edək ki, qəza zamanı gəlinin yanında olan və şəxsiyyəti hələ ki, məlum olmayan bir qadın da hadisə yerində dünyasını dəyişib.

Qəza ilə bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.   

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj