Modern.az

Azərbaycanın 7 müxalifət partiyası Avropa Oyunları ilə bağlı qərar qəbul etdi

Azərbaycanın 7 müxalifət partiyası Avropa Oyunları ilə bağlı qərar qəbul etdi

Təhsil

10 İyun 2015, 17:49



İyunun 10-da Azadlıq - 2015 seçki blokunun Sədrlər Şurasının iclası olub. İclasda KXCP, Azadlıq, BAP, VİP, ALDP, Aydınlar partiyası və  AXP sədrləri iştirak edib. 
Qurumun mətbuat xidmətindən Modern.az-a bildirilib ki, toplantıda  Avropa Oyunlarının açılış törənində iştirakla bağlı qərar verilib. Belə ki, bloka daxil olan siyasai partiyalar oyunlara münasibətlə bağlı bundan əvvəl müəyyən etdikləri mövqeyə uyğun olaraq törəndə iştirak edəcəklər.

Siyasi partiyalar ATƏT-in Bakı ofisinin fəaliyyətinə xitam verilməsi ilə bağlı Azərbaycan hakimiyyətinin qərarını müzakirə edərək hesab ediblər ki, bu qərara yenidən baxılmalıdır. ATƏT-in Qaradağ məsələsində fəaliyyətindən Azərbaycan cəmiyyətindəki narazılığı haqlı sayan siyasi partiyalar bu nüfuzlu beynəlxalq təşkilatla əlaqələrin gərginləşməsini mövqelərimizi zəiflədəcəyindən ehtiyat edir.
Bundan əlavə qurum 2015-ci il Milli Məclisə seçkilər ərafəsində ATƏT-in seçki monitorinqinin aparılması üçün problemlərin yaradılmasından narahatdır.

İctimai-siyasi vəziyyətlə bağlı digər məsələlər də müzakirə edilib.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj