Modern.az

İdman Akademiyasının təmir olunmuş yataqxanası “Sovetski” sakinlərinə veriləcək - FOTOLAR

İdman Akademiyasının təmir olunmuş yataqxanası “Sovetski” sakinlərinə veriləcək - FOTOLAR

11 İyun 2015, 13:03

Bədən Tərbiyəsi və İdman Akademiyasının yataqxanası “Sovetski”dən olan sakinlərə veriləcək.

Modern.az xəbər verir ki, Bədən Tərbiyə və İdman Akademiyasının Fətəli Xan Xoyski-98 ünvanında yerləşən sözügedən yataqxanası tam təmir olunub.

Yataqxana binasında olan əməkdaşımız buarada ciddi dəyişiklikləri müşahidə edib. Belə ki, binanın təkcə üzlüyü deyil, eyni zamanda da daxili tamamilə yenilənib. İş icraçıları qeyd ediblər ki, 9 mərtəbəli binanın hər mərtəbəsində 13 mənzil hazırlanıb. Hər mənzil isə iki otaqdan ibarətdir. Tamamilə təmir edilən yataqxana tipli mənzillərə “Sovetski”də evləri sökülən sakinlərin bir qisminin köçürüləcəyi bildirilir.  Buranın yeni sakinləri əsasən “Sovetski”də kiçik mənzil sahəsinə malik olmuş vətəndaşlar olacaq.

Bədən Tərbiyə və İdman Akademiyasının yataqxanasında uzun illər məcburi köçkünlər məşkunlaşıb. Onlar Mehdiabad qəsəbəsində salınan şəhərciyə köçürüldükdən sonra bir müddət yataqxana istifadə edilmirdi. 






Aytən ƏLİYEVA
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj