Modern.az

Ramiz Alıyev: “Avropa və dünya ölkələri yalnız Azərbaycanı alqışlamalıdır”

Ramiz Alıyev: “Avropa və dünya ölkələri yalnız Azərbaycanı alqışlamalıdır”

11 İyun 2015, 15:28

“İdman yarışları siyasi müzakirələr üçün platforma ola bilməz. İstər xarici dairələr, istərsə də onlarla əməkdaşlıq edənlər idman yarışlarından öz məqsədləri üçün siyasi manipulysiyalarla məşğul olurlar”. Bu fikirləri SİA-ya politoloq Ramiz Alıyev ölkəmizlə bağlı bəzi qərəzli mətbu orqanların yaydıqları məlumatlara münasibətini açıqlayarkən deyib.

Politoloq qeyd edib ki, heç bir Avropa ölkəsinin risk edib üzərinə götürə bilmədiyi böyük bir idman oyunlarının məhz  Azərbaycana həvalə edilməsi və qısa vaxt ərzində belə bir təşkilatı hazırlıqla dünya ictimaiyyətinin qarşısına çıxmasına görə bütün Avropa və dünya ölkələri Azərbaycanı alqışlamalıdır: “Azərbaycan bir daha sübut etdi ki, sülhsevər bir ölkədir və öz üzərinə götürdüyü hər bir öhdəliyi layiqincə yerinə yetirmək iqtidarındadır. Bilirsiniz ki, idman sülh rəmzidir. Azərbaycan dövlət olaraq ona düşmən olan, torpaqlarını işğal edən bir ölkənin idmançılarını belə yüksək təhlükəsizlik şəraitində qəbul etməyə hazır olduğunu bəyan edib. Hesab edirəm ki, ölkəmizin hər bir vətəndaşı Azərbaycanın bu uğuru ilə fəxr etməli və üzərinə düşən vəzifələri layiqincə icra etməlidir”.

Politoloq həmçinin bəzi mətbu orqanların, xarici xidmət orqanlarının tapşırığı ilə ölkəmiz və xalqımız haqqında həqiqətə uyğun olmayan məlumatların yayılmasına da münasibətini bildirib. O qeyd edib ki, bu cür idman yarışının baykot edilməsinə çağırışlar ölkəmizə və xalqımıza qarşı atılmış növbəti qərəzli addımdır: “Həmin şəxslər özləri də diqqətlə düşünsələr görəcəklər ki, bu addım heç bir halda həqiqəti əks etdirmir. Ən azından anlamalıdırlar ki, Azərbycanın Milli Təhlükəsizlik Konsepsiyası var və həmin konsepsiyanın tərkib hissəsindən biri də, məhz informasiya təhlükəsizliyidir. Hər bir vətəndaş və jurnalist bu konsepsiyadan irəli gələn müddəalara əməl etməlidir”.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj