Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu koalisiya müzakirələri ilə bağlı qısa açıqlama verib. Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, o deyib:
“Məqsədimiz ölkəmizi düşdüyü çətin vəziyyətdən bir an əvvəl çıxarmaqdır. Bu məqsədlə var gücümüzlə çalışdığımızdan kimsənin şübhəsi olmasın”.
Kılıçdaroğlu Twitter hesabı üzərindən verdiyi açıqlamada bunları da qeyd edib: “Hər kəs bilsin ki, verdiyimiz sözləri həyata keçirmək üçün, dəyərlərimizi qoruyaraq, partiya içində ortaq ağılla qiymətləndirmələr edəcəyik. Məqsədimiz, ölkəmizi bu çətin vəziyyətdən bir an əvvəl çıxarmaqdır. Bu məqsədlə var gücümüzlə çalışdığımızdan kimsənin şübhəsi olmasın”. Modern.az