Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili vilayətin daxili işlər naziri postuna Georgi Lortkipanidzeni təyin edib.
Modern.az Ukrayna saytlarına istinadən xəbər verir ki, 1968-ci il təvəllüdlü Lortkipanidze bundan əvvəl, Saakaşvilinin prezidentliyi zamanı Gürcüstanın daxili işlər nazirinin müavini vəzifəsində çalışıb.Ukrayna prezidenti Pyotr Poroşenko isə imzaladığı sərəncamla Gürcüstan vətəndaşı Georgi Lortkiapnizdeyə Ukrayna vətəndaşlığını verib.
Modern.az