Modern.az

Odun sönməsin Azərbaycan!!!

Odun sönməsin Azərbaycan!!!

12 İyun 2015, 11:32

Bakıda Birinci Avropa Oyunlarının məşəli alovlandırıldı...

Azərbaycanın bölgələrində 5 min kilometrdən artıq yol qət edərək insanlarda ruh yüksəkliyi yaratdı və yenidən Bakıya gətirildi. Bu gün bütün dünyanın diqqəti Bakıdadır... Birinci Avropa Oyunlarına start verilir. Əminəm ki, Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi edən ölkə kimi dünya idman tarixinə şanlı bir səhifə yazacaq. Ölkəmiz belə möhtəşəm tədbirlər üçün zəruri olan 6-7 illik işi 2 il yarıma ərsəyə gətirməklə Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi etimadını layiqincə doğrultdu və nə qədər güclü potensiala malik olduğunu bütün dünyaya nümayış etdirə bildi. Bu isə Azərbaycanın müstəqil bir dövlət olaraq, yeni keyfiyyətdə, daha iri miqyaslarda təqdimatı baxımından ciddi uğurdur. Birinci Avropa Oyunlarının keçirilməsi dünyanın Azərbaycana yeni baxış bucağından yanaşmasına gətirib çıxararaq, idman həyatında möhtəşəm izlər qoyacaq, ölkəmizdə idmanin inkişafına, beynəlxalq və regional əməkdaşlığın irəliləyişinə özünəməxsus təkan verəcək.

Birinci Avropa Oyunları qədim tariximizi, mədəniyyyətimizi, incəsənətimizi, adət-ənənələrimizi, mətbəximizi, qonaqrvərliyimizi, bir sözlə KİMLİYİMİZİ bütün dünyaya bir daha və daha geniş miqyasda nümayış etdirmək və Azərbaycan reallıqlarının təbliği, Qarabağ həqiqətlərinin nümayişi üçün gözəl şans yaradıb. Belə beynəlxalq yarışlar iqtisadi potensialımızı tanıtmaq və gələcək əlaqələr üçün də olduqca vacibdir. Gəlin bu şansdan Azərbaycanımız naminə maksimum istifadə edək!

İyunun 12-dən 28-dək yüngül atletika, boks, güləş, voleybol, basketbol və ilk Avropa Oyunlarına aid edilmiş digər idman növləri üzrə yarışların keçirildiyi müddətdə idmançılarımızın bu ağır mübarizədə vətənimizi layiqıncə təmsil etməsini, himnimizin sədaları altında üçrəngli bayrağımızın bütün bayraqlardan ucada qərarlaşması səadətini bizlərə mümkün qədər tez-tez yaşatmasını, idman həyatında möhtəşəm izlər qoymasını istərdik....

Avropa Oyunlarına ilə əlaqədar ölkəmizə dövlət və hökumət başçıları, nüfuzlu qonaqlar, minlərlə idmançı ilə yanaşı, çoxsaylı turistlər də gəlir. İdmançılar idman yarışlarında iştirak etməklə yanaşı, Azərbaycanın bölgələrinə şimal, şimal-qərb, cənub istiqamətində turlara qatılacaq. Turistlər həm Bakıda, həm də bölgələrimizdə olacaq, görməli yerlərlə tanış olacaqlar. Belə məsuliyyətli bir zamanda cəmiyyətimizə özünü yalnız yaxşı cəhəddən göstərməyi, necə səmimi, qonaqpərvər, xoşniyyətli bir xalq olduğumuzu bir daha nümayış etdirməyi arzlayırıq....

Birinci Avropa Oyunlarına ev sahibliyi etmək həm şərəfvericidi, həm də məsuliyyətli... Bu işin yüksək səviyyədə təşkili ilə Azərbaycan dövləti öz gücünü ortaya qoydu, Azərbaycan cəmiyyəti də öz mükəmməlliyini, Avropanın ayrılaz tərkib hissəsi olduğunu nümayış etdirsin. Azərbaycan gəncliyi isə yarış meydanlarında möhtəşəm qələbələrlə öz gücünü ortaya qoysun....

Gəlin Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsindən maksimum istiafadə edib, bu möhtəşəm idman bayramının payımıza düşən qələbələrilə sürətlə dəyişən dünyada gənc, müstəqil dövlət Azərbaycanımızın inkişafını yeni mərhələyə daşıyaq! Bakıda Birinci Avropa Oyunlarının məşəli alovlandırıldı, Azərbaycanın bölgələrində 5 min kilometrdən artıq yol qət edərək insanlarda ruh yüksəkliyi yaratdı və yenidən Bakıya gətirildi. Bu gün bütün dünyanın diqqəti Bakıdadır...

Birinci Avropa Oyunlarına start verilir. ODUN SÖNMƏSİN AZƏRBAYCAN!!!

Əli Məsimli, millət vəkili,
İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj