Avropa Oyunlarında su polosu üzrə qadınların ilkin yarış mərhələsi başlayıb.
Modern.az xəbər verir ki, ilkin mərhələdə 12 qadın komandası yarışacaq. İlk Avropa Oyunlarında su polosu üzrə yarış 17 yaşlı idmançılar arasında Avropa çempionatından daha mötəbər olduğuna görə, Bakıda qızıl medala sahib olmaq gənc idmançılar üçün böyük stimul yaradır.
A qrupunda Yunanıstan, Macarıstan və Hollandiya mübarizə aparacaq. Qadınlar arasında su polosu yarışlarının qaydalarına görə, Bakı 2015 turnirinin qalibi 6 ən yaxşı komandadan biri olacaq.
Qrupların qalibi olan komandalar avtomatik yarımfinal mərhələsinə yüksələcək. Qrup ikinciləri və üçüncüləri isə yarımfinala çıxmaq üçün dörddəbirdə oynayacaqlar.
Qeyd edək ki, qrupun digər komandaları Böyük Britaniya, Almaniya və İsraildir.