Modern.az

İran P5+1: 30 iyun gözləntiləri doğruldacaqmı?

İran P5+1:  30 iyun gözləntiləri doğruldacaqmı?

12 İyun 2015, 13:54



İsrail və Səudiyyə Ərəbistanı başda olmaqla Körfəzdə yerləşən ərəb ölkələrinin ciddi müxalifətinə baxmayaraq, İranın nüvə problemi  ətrafında danışıqlar final mərhələyə yaxınlaşmaqdadır. Tərəflər arasında İsveçrədə baş tutan son görüşdə final toplantının 30 iyunda keçiriləcəyi razılaşdırılmışdı. 2 apreldən bu müddətə qədər keçən dövr ərzində danışıqları aparan tərəflər mövqelərinin daha da yaxınlaşdırılması istiqamətində məsləhətləşmələri davam etdiriblər. Bütün bunlara baxmayaraq, son tarix yaxınlaşdıqca, hərarət daha da yüksəlməyə başlayır.
“Hamı 30 iyunu gözləyir. Bu bizə çətin qərarların qəbul edilməsinin vaxtını  uzatmağımıza mane ola bilməz. Vaxt yaxınlaşdıqca, məsuliyyət daha da artır”. ABŞ-ın adını bildirmək istəməyən nümayəndəsi belə deyib.
“ Bütün düyilənlər onu sübut edir ki, tərəflər düzgün olan , bütün parametrləri əhatə edən qərarların qəbul edilməsində maraqlıdır”- deyə nümayəndə əlavə edib.

İran tərəfinin də nümayəndəsi öz ölkəsinin mövqeyini bildirib: ”Biz danışıqların daha da uzadılmasının tərəfdarı deyilik. Digər tərəfdən, vaxt bizi arzu olunmayan qərarların qəbul edilməsinə məcbur edə bilməz. Biz bütün əziyyətlərimizə cavab verəcək qərarların qəbul ediməsinin ümidindəyik”.

Göründüyü kimi, tərəflər tezliklə nüvə danışıqları üzrə mühüm nəticəyə gəlmək arzusundadırlar. Digər tərəfdən həm İran , həm də “altılıq” regionda hadisələrin gələcək inkişafının bu danışıqların taleyindən asılı olduğunu yetərincə dərk edirlər. ABŞ-ın İsrail və ərəb ölkələri ilə gələcək əməkdaşlığına bu danışıqların nəticəsi mane ola bilər və ya əksinə. İranın Yaxın Şərqdə baş verən proseslərə fəal müdaxiləsi də bu danışıqlardan asılıdır. Digər tərəfdə İran üçün müsbət sonuclanan danışıqlar onun iqtisadiyyatına dünya banklarında dondurulmuş 120 miyard dollar vəsait, üstəgəl on illərlə davam edən sanksiyaların götürülməsi deməkdir.

Qeyd olunduğu kimi, İranla danışıqların sonuclanmasında maraqlı olan qüvvələrin mövcudluğu kimi, bu danışıqları qəbul etmək istəməyən qüvvələrdə yetərincədir. Bunlar danışıqların nəticəsindən asılı olaraq, ABŞ qarşısında nüfuzunu itirməkdən qorxan Səudiyyə Ərəbistanı  onun təsir dairəsində olan ərəb ölkələri və İranla qarşıdurmada zəifləyəcəyini göz önünə gətirən  İsraildir. İsrailin baş naziri Benyamin Netanyahu  İrandan gələn təhlükəni ABŞ senatoru  ilə görüşdə bir daha dilə gətirərək, narahatlığını belə ifadə edib : “ Nüvə silahına malik olan İran İslam Dövləti (İŞİD)  qruplaşmasından minlərlə dəfə daha təhlükəlidir”.

Bütün bunlara baxmayaraq, tərəflər danışıqları uğurla başa çatdırmaq əzmindədirlər.

Əlimusa İbrahimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj