Modern.az

“Velosipedçilərimiz Avropa Oyunlarına necə hazırlaşıb?” - AÇIQLAMA

“Velosipedçilərimiz Avropa Oyunlarına necə hazırlaşıb?” - AÇIQLAMA

12 İyun 2015, 15:49


İyunun 13-də Azərbaycan Velosiped İdmanı Federasiyasının idmançıları Avropa Oyunlarında yarışlara başlayacaq.

Bu haqda Modern.az saytına məlumat verən federasiyanın mətbuat katibi Pərviz Musayev deyib ki, Avropa Oyunlarında 7 idmançı ilə təmsil olunurlar:

“İyunun 13-də dağ velosipedi üzrə xanımlar arasında Ülfət Nəzərli, kişilər arasında Aqşin İsmayılov və Orxan Məmmədov çıxış edəcək. İyunun 18-də şosse velosipedinin fərdi ötüşmə növü üzrə xanımlar arasında Yelena Pavluxina, kişilər arasında Maksim Averin və Elçin Əsədov yarışacaq. İyunun 20-si və 21-də şose velosipedinin qrup ötüşməsi üzrə xanımlar arasında Yelena Pavluxina və Ülfət Nəzərli, kişilər arasında Elçin Əsədov, Maksim Averin və Samir Cəbrayılov çıxış edəcək.

İyunun 13-də xanımların yarışı günorta saat 12:00-da, kişilər isə günorta saat 15:30-da başlayacaq.

Dağ velosipedi üzrə yarışlar “Dağ Velosipedi Park”ında keçiriləcək. Şosse velosipedinin fərdi ötüşməsi Bilgəhdə şosse yolunda olacaq. Şosse velosipedinin qrup ötüşmələri üzrə yarışlar isə şəhərdə olacaq. Yarışların start və finiş nöqtəsi “Azadlıq” meydanı, marşrut isə şəhər küçələridir.

İdmançılar yarışlara tam hazırdır. Hazırda Elçin Əsədov , Maksim Averin və Samir Cəbrayılov Slovakiyada başqa bir yarışda iştirak edirlər. Ayın 14-ü Azərbaycana gələcəklər. Maksim Averin bir dəfə birinci, bir dəfə isə ikinci yeri tutub”.

Sevinc YASİNQIZI

Sizə yeni x var
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj