Livan şiələrinin “Hizbullah” hərəkatı İraq-Şam İslam Dövlətinin (İŞİD) yaraqlılarına qarşı Suriya ilə Livan sərhədində vuruşmaq niyyətindədir. Modern.az xarici KİV-ə istinadən bildirir ki, hərəkatın lideri Hasan Nasrallahın bəyanatına görə “Hizbullah” artıq İŞİD-in bir neçə terrorçusunu və nəqliyyat vasitəsinin məhv edib:
“Biz hərbi əməliyyatları bütün terrorçular məhv edilənədək davam etdirəcəyik. Biz təsdiqləyirik ki, onların heç birinə bu ərazilərdə qalmağa imkan verməyəcəyik”.
Nasrallah mayın sonunda beynəlxalq koalisiyanın İŞİD-ə qarşı fəaliyyətini tənqid etmişdi. O qeyd edirdi ki, zərbələrin intensivliyi İsrailin Qəzza zolağında, yaxud Livana qarşı hərbi əməliyyatları ilə müqayisədə geri qalır.
“Hizbullah”ın lideri onu da bəyan edib ki, təşkilat iki cəbhədə - həm İsrailə, həm də İŞİD-ə qarşı vuruşacaq.
Modern.az