Rusiya Federasiyasının prezidenti Vladimir Putin bir qədər öncə Azərbaycana gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Rusiya prezidentini Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.
Modern.az xəbər verir ki, Vladimir Putin iyunun 12-13-də Bakıda səfərdə olacaq.
O, Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək.
Vladimir Putin səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla ayrıca danışıqlar aparacaq.
Bu barədə Rusiya prezidentinin mətbuat xidməti məlumat yayıb.
Modern.az