Modern.az

Dəniz Baykal: "Etiraf edim Ərdoğanı izləmə ehtiyacı hiss etdim"

Dəniz Baykal: "Etiraf edim Ərdoğanı izləmə ehtiyacı hiss etdim"

Təhsil

12 İyun 2015, 21:31



Cümhuriyyət Xalq Partiyasının (CHP) Antalyadan seçilən millət vəkili Dəniz Baykal prezident Rəcəb Tayyip Ərdoğanıa bir gün öncəki görüşünün detallarına dair yeni açıqlama verib.

Modern.az saytının Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Baykal etiraf edib ki, o da Ərdoğanla danışmağa ehtiyac ehtiyac hiss edirmiş.

"Türkiyənin bu vəziyyətində nə etmək lazımdır, necə etmək lazımdır, onu müzakirə etdik",- deyə Dəniz Baykal əlavə edib. 

“2 saatlıq görüşü canlı olaraq davam etdirdik.  Oraya mən bir koalisiya niyyətiylə getməmişdim. Öz- özümdən də soruşdum ki, niyə məni çağırdı? Amma mən bir millət vəkiliyəm, Məclisin ən yaşlı üzvüyəm. Sanıram ki, belə bir ortamda vəziyyəti dəyərləndirməmin doğru olacağını düşündü".

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan gözlənilməz hücum: Rusiya zavodları bombalanır