Modern.az

Superstar Lady Gaga I Avropa Oyunlarının açılışına gəldi

Superstar Lady Gaga I Avropa Oyunlarının açılışına gəldi

Təhsil

12 İyun 2015, 21:41


Məşhur amerikalı müğənni, pop musiqisinin superstarı Lady Gaga Bakıya – I Avropa Oyunlarının açılış mərasiminə gəlib.

Modern.az saytı “Bakı-2015”in Təşkilat Komitəsinə istinadən xəbər verir ki, Lady Gaga açılış mərasimində mahnı ifa edib.

Piano arxasında əyləşərək, Lady Gaga “İmagine” ("Xəyal et") mahnısını ifa edib. Sözləri Con Lennonun klassik pop mahnısına aid olan bu musiqi parçası dinləyiciləri dünyanı sülh içərisində, sərhədsiz təsəvvür etməyə səsləyir.

Lady Gaga reytinq cədvəllərinə liderlik edən “Just Dance”  və “Poker Face” hitləri ilə beynəlxalq şöhrət qazanıb və 28 miliyon albom və 140 miliyon sinql satışı ilə uğurlarını davam etdirib.

O, üç “Grammy”  mükafatı, 13 MTV Video Musiqi Mükafatı, 13 Ginnesin Dünya Rekordu və Mahnı Bəstəkarlarının Məhşurluq Zalı tərəfindən verilən ilk Müasir İkona Mükafatını qazanıb.



Modern.az
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan gözlənilməz hücum: Rusiya zavodları bombalanır