“Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya I Avropa Ouyunlarının aşılışı mərasimində çıxış edib. Birinci xanım bu əlamətdar hadisə münasibətilə bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edərək deyib:
“Bu möhtəşəm bayram müstəqil Azərbaycanın, hər bir Azərbaycan vətəndaşının qələbəsidir. Müstəqillik illərində əldə etdiyimiz uğurlar və nailiyyətlər nəticəsində bu gün burada, gözəl Bakıda Avropa Olimpiya hərəkatının tarixində yeni səhifə yazılır. Bu səhifəni biz yazırıq, Azərbaycan xalqı yazır! Qoy, Tanrı Azərbaycanı hər zaman qorusun! Bu axşam biz Avropanın idman tarixində yeni fəsilə başlayırıq. Azərbaycan fəxr edir ki, ilk Avropa Oyunları Bakıda keçirilir”.
Mehriban Əliyeva Bakının ev sahibi seçilməsinə görə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkiyə, Oyunları reallığa çevirmək üçün böyük səylə, sadiqliklə və istəklə çalışan şəxslərin hamısına təşəkkürünü bildirərək, əminliklə qeyd edib ki, qarşıdakı illərdə Avropa Oyunlarının məşəli nə qədər uzaqlarda alovlansa da, Azərbaycanın və “Bakı–2015”-in parlaq ruhunun atəşi orada olacaq.
Modern.az