Milli Məclisin Sosial siyasət komitəsinin sədri Millət vəkili Hadi Rəcəbli 15 iyun-Milli Qurtuluş günü ərəfəsində gənc seçicilərindən bir qrupu ilə görüşüb.
Modern.az xəbər verir ki, gənc seçiciləri ilə görüşdə deputat ilk öncə Qurtuluş gününün Azərbaycan xalqının taleyində daşıdığı əhəmiyyətdən danışıb:“Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər vardır ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən böyük başlanğıcların əsası qoyulub. Müxtəlif tarixi hadisələrlə ələmətdar olan belə günlərdən ən önəmlisi 1993-cü il 15 iyun günüdür. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş bu gün onu qiymətləndirənlər,dərindən dərk edənlər üçün çox əzizdir.Milli Qurtuluş Günü,sadəcə təqvim bayramı deyil,böyük içtimai,siyasi və tarixi əhəmiyyətə malik bir gündür.Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan,hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin müstəqilliyimizin xeyrinə başa çatmasından xəbər verən tarixdir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında,müstəqilliyində,gələcəyində müstəsna rol oynayan,daim xalqına arxalanan və xalqına arxa,dayaq olan bir insan Heydər Əlirıza oğlu Əliyevdir" deyə
H. Rəcəbli gənclərə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından söhbət açıb: “Heydər Əliyev Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra qısa müddət ərzində ölkədə sabitliyi bərpa etdi, separatçı qüvvələri zərərsizləşdirdi, 1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə aldı. Məhz bu mərhələdən sonra xalqımız sakit həyat tərzi sürməyə başladı. Əlbəttə ki,bunun kökündə Ümummilli liderimiz tərəfindən müəyyənləşdirilmiş milli birlik və həmrəylik konsepsiyası dayanırdı. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası nəinki azərbaycanlıları,ölkəmizdə yaşayan bütün xalqları ,dünyada yaşayan soydaşlarımızı vahid ideya ətrafında birləşdirdi”.
Millət vəkili vurğulayıb ki, qazanılan bütün nailiyyətlərin əsasında Heydər Əliyev tətəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır:
“Bu günün fovqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan görünür.Çünki müstəqil azərbaycanın idarəçilik sükanı Ulu öndər Hedər Əliyevin siyasi varisi cənab İlham Əliyevin əlindədir. Bu gün hörməli Prezidentimiz İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, müasirləşən, modernləşən dövlətinə çevrilib.Eyni zamanda,Azərbaycanın beynəlxalq müstəvidə də nüfuzu artır,mövqeləri güclənir.Məhz bunun nəticəsidir ki,bir neçə il öncə Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının üzvü seçildi.
Bu gün ölkəmizdə idmanin inkişafı dövlətin əsas diqqət ayırdığı istiqamətlərdən biridir. Respublikamızda gənclərin inkişafına həsr olunan Dövlət proqramlarında,konsepsiyalarda idmanın inkişafı məsələsi prioritet olaraq müəyyənləşdirilir.Gənclər arasında maarifləndirmə işinin aparılması,onların idmana cəlb olunması bu məsələdə əsas xətt sayılır.Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin hər bir bölgəsində müasir idman kompleklərinin tikilərək yeniyetmələrin,gənclərin ixtiyarına verilməsi respubliksmızda idmanın inkişafını təmin edib”.
“Bir-birini əvəzləyən beynəlxalq idman yarışları Bakının daha böyük miqyaslı yarışlara ev sahibliyi etmək imkanlarını artırıb. Ölkəmiz birinci Avropa oyunları kimi möhtəşəm idman yarışına ev sahibliyi edir. Şübhəsiz, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmizin çox böyük tarixi uğurudur. Artıq Azərbaycan ilk Avropa Oyunlarını uğurla başladı. Əminliklə qeyd edə bilərik ki,bu gün dünyada qısa müddətdə güclü idman infrastrukturu yaratmağın,Olimpiya hərəkatının öncül ölkələrindən birinə çevrilməyin sayəsində bu konteksdə inkişafın Azərbaycan modeli formalaşdırılıb. Azərbaycan ilk Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edir.
Görüşdə iştirak edən gənclər məzmunlu söhbət üçün Mİllət vəkilinə,onlar üçün yaradılan şəraitə və ölkəmizi dünyada layiqincə təbliğ və təmsil etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirib, I Avropa oyunlarında idmançılarımıza uğurlar diləyiblər”.
Modern.az