Modern.az

Milli Qurtuluş Günü Füzulidə qeyd olundu

Milli Qurtuluş Günü Füzulidə qeyd olundu

13 İyun 2015, 13:04

Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə rayonun hüquq-mühafizə orqanları, idarə müəssisə və təşkilat rəhbərləri, N saylı hərbi hissənin əsgər zabit heyəti və ictimaiyyət nümayəndələri iştirak edib.

Əvvəlcə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və tədbir iştirakçıları mərhum prezident Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramını bildiriblər. 


Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Alı Alıyev çıxış edib, 15 iyun Milli Qurtuluş Gününün əhəmiyyətindən danışıb. Bildirib ki, Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda ali hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir.
“Milli Qurtuluş Günü Azərbaycanı güclü əsaslara söykənən davamlı sosial-iqtisadi inkişaf yoluna çıxarıb, Vətənimizi qorumağa qadir olan güclü ordu yaranıb, məhv olmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycan xalqının bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edilib. Dahi rəhbərin müdrik siyasəti nəticəsində Azərbaycan parçalanmaq təhlükəsindən qurtulub, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatında əsaslı dönüş başlanıb, əmin-amanlığa və siyasi sabitliyə nail olunub”.

Tədbirdə çıxış edənlər 22 il əvvəl ölkədə baş verən hadisələri bir daha xatırladıb, görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın təkidi ilə Azərbaycanda hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən danışıblar.

Qeyd olunub ki, müstəqil Azərbaycan Respublikası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir, gündən-günə çiçəklənir, qabaqcıl dünya dövlətləri sırasında öz yerini daha da möhkəmləndirir.











Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj