Modern.az

Güləşçimiz bürünc medal uğrunda mübarizə aparacaq

Güləşçimiz bürünc medal uğrunda mübarizə aparacaq

13 İyun 2015, 13:04

Yunan-Roma güləş üzrə 59 kiloqram çəki dərəcəsində Azərbaycan yığmasının üzvü Elman Muxtarov yarımfinalda Rusiyanı təmsil edən erməni idmançısı ilə qarşılaşıb. 

Modern.az xəbər verir ki, Rusiya yığmasını təmsil edən erməni əsilli idmançı Stepan Maryanyan Ermənistan təmsilçisi Roman Amoyanı 4:0 məğlub edərək yarımfinala yüksəlib.

Qarşılaşmada həmyerlimiz 1:4 hesabı ilə Stepan Maryanyana uduzub. Elman Muxtarov saat bürünc medal uğrunda mübarizə aparacaq.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj