Modern.az

11 iyunda keçirilmiş buraxılış imtahanlarının nəticələri AÇIQLANDI

11 iyunda keçirilmiş buraxılış imtahanlarının nəticələri AÇIQLANDI

13 İyun 2015, 14:08


Tələbə Qəbulu üzrə Dövləty Komissiyası iyunun 11-də keçirilən imtahanın (IX və XI siniflər üçün)  nəticələrini açıqlayıb. Modern.az xəbər verir ki, imtahanda iştirak etmiş şagirdlər öz nəticələri ilə TQDK-nın internet saytında //eservices.tqdk.gov.az/netorta/ linkinə daxil olmaqla və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər. Təqdim olunan linkə daxil olmaqla qiymətləndirmə meyarları ilə də tanış ola bilərsiniz.

Kolleclərə və V qrupa ərizə təqdim etmiş abituriyentlərin nəzərinə aşağıdakı məlumatı bir daha çatdırırıq: Ümumi ( 9 illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində ümumi balı 16-dan, hər bir fənn üzrə minimal balı 8-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

Tam (11-illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində ümumi balı 16-dan və ana dili, riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan ( xarici dil və ya kimya fənni üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər.

V qrup üzrə müsabiqə şərtləri isə 2 saylı "Abituriyent" jurnalında verilib.

Qeyd edək ki, buraxılış imtahanında bir düzgün cavab 1 balla hesablanır.

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj