İsveçrəli qadın triatlonçu Nikola Spiriq birinci Avropa Oyunlarının çempionu olub. O, çempionluğu 2 saat 28 saniyəlik nəticə ilə qazanıb.
Niderlandlı atlet Klamer Raçel 2 saat 1 dəqiqə 44 saniyə ilə ikinci, isveçli Norden Liza isə 2 saat 1 dəqiqə 46 saniyəlik nəticə ilə üçüncü yeri tutublar.
Çempion Nikola Spiriq “Rio-2016” Yay Olimpiya Oyunlarının triatlon yarışında birbaşa iştirak üçün ölkəsinin Milli Olimpiya Komitəsinin təsnifat şəhadətnaməsini təmin edib.
Bu, İsveçrənin I Avropa Oyunlarında qazandığı 2-ci qızıl medaldır. Bundan əvvəl dağ velisopedi idman növündə də İsveçrəli velesipedçi 1-ci olmuşdu.
Xatırladaq ki, triatlon yarışında idmançılar əvvəlcə suda üzməli, sonra velosiped sürməli və daha sonra qaçaraq yarışı başa vurmalıdırlar.
Modern.az