Azərbaycan Prezidenti İlham Əliyev Avropa Oyunlarında 71 kiloqram çəki dərəcəsində qalib gələn güləşçilərin mükafatlandırma mərasimində iştirak edib.
Bu çəki dərəcəsində qızıl medalı azərbaycanlı güləşçi Rəsul Çunayev qazanıb.
Qeyd edək ki, Azərbaycan təmsilçisi Rəsul Çunayev çempionluq adı uğrunda mübarizədə Macarıstan idmançısı Balint Korpası ilə qarşılaşıb.
Rəqibini 4:2 hesabı ilə məğlub edən pəhləvanımız I Avropa Oyunlarının qızıl medalına sahib olub.
Modern.az