Modern.az

Rusiyalı üzgüçü Avropa Oyunlarında yenə 1-ci oldu

Rusiyalı üzgüçü Avropa Oyunlarında  yenə  1-ci oldu

13 İyun 2015, 22:25


Bakı-2015 I Avropa Oyunlarında sinxron üzgüçülük növü üzrə növbəti yarış keçirilib.

Sərbəst birləşmədə təsnifat mərhələsinə yekun vurulub.

14 komandanın çıxış etdiyi yarışda Rusiya millisi qalib gəlib. Bunadək solo, duet və komanda yarışlarının təsnifat mərhələlərində də 1-ci olan şimal qonşularımız 89,0000 xalla bütün rəqiblərini arxada qoyub.

86,9667 xal toplayan İspaniya millisi mərhələni 2-ci pillədə başa vurub. İlk “üçlüy”ü Ukraynalılar qapayıb. Hakimlər onların çıxışını 86,4667 xalla qiymətləndirib.

Qeyd edək ki, Azərbaycan yığması bu növdə təmsil olunmayıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj