Modern.az

Mehriban Əliyeva qızıl medallı karateçiləri mükafatlandırdı

Mehriban Əliyeva qızıl medallı karateçiləri mükafatlandırdı

Təhsil

14 İyun 2015, 01:09


Azərbaycanın birinci xanımı, Bakı-2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Avropa Oyunlarında 75 kiloqram çəki dərəcəsində qalib gələn karateçilərin mükafatlandırma mərasimində iştirak edib.

Bu çəki dərəcəsində qızıl medalı azərbaycanlı karateçi Rəfael Ağayev qazanıb.

Qeyd edək ki, 75 kq çərçivəsində Rəfael Ağayev İtaliyadan olan idmançı üzərində 1:0 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.

Bununla da bu gün karateçilərimiz Avropa Oyunlarında iki qızıl və iki bürünc medal qazanıblar. 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı