Modern.az

“Avropa Oyunlarının bağlanışına biletlər 24 saatda tükənə bilər”

“Avropa Oyunlarının bağlanışına biletlər 24 saatda tükənə bilər”

Təhsil

14 İyun 2015, 13:26

"Avropa Oyunlarının yarışları artıq 17 məkanda keçirildi. İlk medallar artıq sahiblərinə təqdim olundu. Ev sahibi olaraq Azərbaycanın yüksək nəticələr qazanması bizi çox məmnun etdi. Bu, Oyunların uğurlu keçməsinə zəmin yaradır.

Modern.az xəbər verir ki, bu sözləri iyunun 14-də keçirilən mətbuat konfransında “Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib.

Saymon Kleq deyib ki, dünənki hava şəraiti qadınların triatlon yarışında istiqamətin dəyişməsinə səbəb olub. Onun sözlərinə görə, 19 müxtəlif yarışa 17 mindən çox tamaşaçı qatılıb. Xüsusən də, dağ velosipedi, badminton və stolüstü tennis böyük sayda tamaşaçı cəlb edib.

”Voleybol çox geniş tamaşaçı kütləsini cəlb edib. Hətta nəqliyyyat onları daşımağa imkan tapmamışdı. Bu üzdən də xüsusi avtobuslar ayrılmışdı. Bakı Olimpiya stadionu açılışdan sona idmançılar üçün yararlı vəziyyətə gətirilir. Şəhərdə yarışlara çox böyük maraq var. Təkcə dünən bağlanış üçün 8000 bilet satılıb. Bağlanış üçün biletlərin 24 saat ərzində tükənməsini gözləyirəm”.

Saymon Kleq deyib ki, bu gün əlavə 494 şəxs Bakıya gələcək: “Dünən yarışanların bəziləri Azərbaycanı tərk edəcək. Nəqliyyat sistemi yüksək səviyyədə işləyir. Bu gün 10 idman növündə yarışlar keçiriləcək. Sabah isə Azərbaycanın Milli Qurtuluş Günüdü. Yəqin ki, bu səbəbdən biletlərə böyük tələbat olacaq. Biletlər yaxşı satılır. Açılış mərasiminin biletləri tam satılmışdı. Təbii ki, bəzi idman növləri Azərbaycanda az populyardı. Məsələn, güləş üçün bilet tapmaq mümkün olmur. Cəmi 2000 manatlıq biletlər çap olunub. Ölkənin idman tədbirlərinə bilet satışı ənənəsi hələ tam yetişməyib. Bəz də biletləri elə qiymətə satmalıyıq ki, əlçatan olsun. Biletlərin qiymətləri 1-3 manat arasındadı. Finalların biletləri üçün isə 3-5 manatdı. Bizim biletlərdən yüksək gəlir əldə etmək məqsədimiz yoxdu. Hazırkı durumdan razıyıq. İstənilən böyük idman tədbirindi ilk günlər sistem yavaş-yavaş işə düşür. Şadam ki, ilk gündə voleybolda o sayda tamaşaçı toplaşmışdı. Sponsorlara biletlər verilir. Onlar özləri müəyyənləşdirir ki, biletləri kimə ötürürlər.
Bütün nəqliyyat məsələləri nəzərdən keçirilib. Əlavə maneələr də quraşdırıldı ki, sürət həddi aşılmasın. Bütün sürücülərə məsləhətlər verilib ki, konkret təlimatlara riayət etsinlər. Dünən baş verən hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən də bəyanat yayılıb”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan gözlənilməz hücum: Rusiya zavodları bombalanır