Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Təhsil

14 İyun 2015, 13:55

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, sabah - iyunun 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı proqnozlaşdırılır. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-22, gündüz 26-31 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 15-də hava əsasən yağmursuz olacaq, lakin gecə və axşam dağlıq rayonlarında şimşək çaxacaq, qısa müddətli yağış yağacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-26 dərəcə isti olacaq.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı