Modern.az

Daha 2 karateçimiz finalda

Daha 2 karateçimiz finalda

Təhsil

14 İyun 2015, 16:50


Birinci Avropa Oyunlarında Azərbaycan karateçilərinin uğurlu çıxışları davam edir.

Modern.az saytı xəbər verir ki, ağır çəkili karateçilər arasında yarışda Azərbaycanın iki karateçisi finala vəsiqə qazanıb.


Yarışın son günündə daha 6 dəst medalın sahibi müəyyənləşəcək. 

 Bakı Kristal Zalında keçirilən Oyunlarda Azərbaycan idmançıları 2-si kata, 4-ü isə kumite yarışında gücünü yoxlayacaq.

B qrupunda yarışan idmançımız Tural Balcanlı türkiyəli Yakan Mehmetlə görüşüb və məğlub olub. İkinci görüşündə Dak Minlə üz-üzə gələn təmsilçimiz 0:5 hesabı ilə məğlub olub. O, qrupda sonunu qarşılaşmada rumıniyalı Qura Adriana ilə üz-üzə gələcək.

***

Ölkəmizi təmsil edən Adilə Qurbanova da Balcani kimi yarışla vaxtından əvvəl vidalaşıb. Dünya kubokunun ikiqat qalibi almaniyalı Jasmin Bleul, türkiyəli Dilarə Bozan və xorvatiyalı Vlatka Kiuki üstələyə bilməyib.

 ***

Karate üzrə millimizin üzvü İrina Zaretska dünya çempionu ispaniyalı Kristina Zizkaino ilə üz-üzə gəlib. Karateçimiz 6:1 hesablı inamlı qələbə qazanıb. Onun növbəti rəqibi avstriyalı Teresa Alisa Bukinqer olacaq.

***

68 kq çəki dərəcəsində yarışan karateçimiz Aytən Səmədli xorvatiyalı Masa Martinoviçlə qarşılaşıb. Həmyerlimiz bu görüşdə 1:2 hesabı ilə uduzub. O, növbəti görüşündə də məğlub olub. Fransalı Nadege İbrahim Ait karateçimizi 5:0 hesabı ilə məğlub edib. Səmədli son görüşünü isveçli Hana Antunoviçə qarşı keçirəcək.

***

İrina Zaretska avstriyalı Teresa Alisa Bukingerlə üz-üzə gəlib və 0:4 hesabı ilə uduzub. Lakin son görüşündə yunanıstanlı Vasiliki Panetsidunu 1:0 məğlub edən Zaretska yarımfinala çıxıb.

***

84 kq çəki dərəcəsində mübarizə aparan karateçimiz Şahin Atamov ilk görüşünü türkiyəli Ərkan Enesə qarşı keçirib. Dünya çempionu Enes idmançımızı 10:1 hesabı ilə məğlub edib.

***

 84 kq çəki dərəcəsində mübarizə aparan karateçimiz Ayxan Mamayev ilk görüşdə yunanıstanlı Georgios Mixail Tzanosla qarşılaşıb. Matç 0:0 hesabı ilə yekunlaşıb. Onun növbəti rəqibi ukraynalı Haruna Yaroslav olub.  Təmsilçimiz 6:3 hesablı qələbəyə sevinib. Mamayev sonuncu görüşündə fransalı Kneyi Qrillona 6:1 qalib gələrək yarımfinala çıxıb.

 ***  

İrina digər qrupun lideri Marina Rakoviçlə (Monteneqro) döyüşüb və uğurlu seriyanı davam etdirib - 1:0. Zaretska finalda avstriyalı Alisa Buçingerlə qarşılaşacaq.   

 ***  

Ayxan Mamayev də kosovalı rəqibi Karaqinə 6:1 hesabı ilə qalib gələrək finala çıxdı.    

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı