Modern.az

Azərbaycan 5-ci qızıl medalını qazandı

Azərbaycan 5-ci qızıl medalını qazandı

Təhsil

14 İyun 2015, 19:07

 

Azərbaycan karateçiləri I Avropa Oyunlarında beşinci qızıl medalı qazanıblar. 

Modern.az-ın məlumatına görə, 84 kq çəki dərəcəsindəki karateçimiz Ayxan Mamayev qızıl medal qazanıb O, final qarşılaşmasında yunanıstanlı Georgios Tzanos Michail üz-üzə gəlib. Qarşılaşma 2-1 hesabı ilə nəticələnib. 

Qeyd edək ki, Ayxan Mamayev qrupun açılış döyüşündə yunanıstanlı Georgios Mixail Tzanosla üz-üzə gəlib. Görüş 0:0 hesabı ilə yekunlaşıb. Gənclər arasında dünya çempionunun növbəti rəqibi Yaroslav Haruna (Ukrayna) olub və təmslçimiz 6:3 hesabı ilə qalib gəlib. 23 yaşlı karateçimiz qrup mərhələsindəki mübarizəyə Avropa və dünya çempionu Kenyi Qrillona (Fransa) qarşı görüşlə yekun vurub. Mamayev bu dueldən də üstün ayrılaraq (6:1), yarımfinalda iştirak hüququ qazanıb. 

Ayxan finala gedən yolda Alvin Karaqi (Kosova) ilə qarşılaşıb. Həmyerlimiz bu görüşdən də qalib ayrılaraq, finala vəsiqə qazanıb.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan gözlənilməz hücum: Rusiya zavodları bombalanır