Modern.az

Güləşçilərimizdən daha bir bürünc medal

Güləşçilərimizdən daha bir bürünc medal

Təhsil

14 İyun 2015, 19:27


Azərbaycan güləşçiləri Avropa Oyunlarında daha bir bürünc medal qazanıblar.

Bakı-2015 birinci Avropa Oyunlarında yunan-Roma güləşi yarışlarında 66 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Həsən Əliyev 3-cü yer uğrunda görüşdə Serbiya idmançısı Aleksandar Maksimoviç ilə qarşılaşıb.

Rəqibindən daha üstün güləş nümayiş etdirən pəhləvanımız qarşılaşmada 4:0 hesabı ilə qalib gələrək Avropa Oyunlarının bürünc medalını qazanıb.

Qeyd edək ki, yarışların ilk günündə güləşçilərimiz bir dəst medal qazanıb. Rəsul Çunayev (71 kq) qızıl, Rafiq Hüseynov (80 kq) gümüş və Elman Muxtarov (59 kq) bürünc medala sahib olub.

 

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı