Mərakeşdə imtahan suallarının cavablarını satmaqda şübhəli bilinən 57 nəfər həbs edilib.
Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, həbslər 15 çəhərdə aparılıb. Hüquq-mühafizə orqanları bir neçə veb-səhifə aşkarlayıblar, o cümlədən sosial şəbəkələrdən sualların cavablarını çap etmək üçün istifadə ediblər. Imtahandan əvvəlki gecə test cavabları Facebook sosial şəbəkəsində yayılıb.
Məlumatda qeyd edilir ki, məhz bu səbəbdən abituriyentlərin çoxu sms vasitəsilə cavabları əldə ediblər. Qalmaqal riyaziyyatdan imtahandan sonra qızışıb. Təhsil Nazirliyi imtahanı yenidən keçirmək məcburiyytində qalıb.
Modern.az