Modern.az

İlham Əliyev 6-cı qızılı qazanmış güləşçimizi mükafatlandırdı

İlham Əliyev 6-cı qızılı qazanmış güləşçimizi mükafatlandırdı

Təhsil

14 İyun 2015, 21:16


Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin üzvü Elvin Mürsəliyev (75 kq) Bakı-2015 I Avropa Oyunlarının qızıl medalına sahib çıxıb. Elvin Mürsəliyev finalda Serbiya təmsilçisi Viktor Nemeslə qarşılaşıb. Görüşdə pəhləvanımız rəqibini 5:1 hesabı ilə məğlub edərək Avropa Oyunlarının çempionu adını qazanıb.

Modern.az-ın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev Avropa Oyunlarında 75 kiloqram çəki dərəcəsində qalib gələn güləşçilərin mükafatlandırma mərasimində iştirak edib.

Xatırladaq ki, bu, Azərbaycan güləşçilərinin I Avropa Oyunlarında qazandığı 2-ci qızıl medaldır. Bundan öncə Rəsul Çunayev (71 kq) qızıl, Rafiq Hüseynov (80 kq) gümüş və Elman Muxtarov (59 kq) bürünc medala qazanıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Ukraynadan gözlənilməz hücum: Rusiya zavodları bombalanır