Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Oyunlarında çıxış edən türkiyəli yunan-roma güləşçisi Rza Kayaalpın çıxışına mobil telefonu vasitəsilə təyyarədə baxıb.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan İstanbuldan Ankaraya yola düşməzdən əvvəl təyyarədə 130 kq çəki dərəcəsində çıxış edən Avropa və dünya çempionu Rza Kayaalpın final qarşılaşmasına mobil telefonu vasitəsilə canlı baxıb. Rza Kayaalp Azərbaycan idmançısı Sabah Şəriəti 3:0 hesabı ilə məğlub edib və Avropa Oyunlarında qızıl medalın sahibi olub.
Qeyd edək ki, Türkiyə komandası Birinci Avropa Oyunları çərçivəsində 4 qızıl, 2 gümüş və 6 bürünc medalla ümumi hesabda 3-cü pillədə qərarlaşıb.