Modern.az

Qadın güləşçimiz finalda

Qadın güləşçimiz finalda

Təhsil

15 İyun 2015, 13:10


Bu gün Birinci Avropa Oyunlarında sərbəst üsulla qadınlar arasında mübarizə başlayıb.
Modern.az xəbər verir ki, 1/8 finalda mübarizəyə qoşulan güləşçilərimizdən Mariya Stadnik və Nataliya Sinişin növbəti mərhələyə çıxıb.
Qadın güləşçilərin mübarizə aparan Azərbaycan təmsilçisi Mariya Stadnik 1/8 final mərhələsində Digər güləşçilərimiz Yuliya Ratkeviç və Nadya Muşka isə bu mərhələdə məğlub olub.

Daha sonra 55 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Nataliya Sinişin 1/4 finalda Türkiyə təmsilçisi Bediha Günə qalib gələrək yarımfinala vəsiqə qazanıb.
48 kq çəki dərəcəsində mübarizə aparan Mariya Stadnik də 1/4 finalda fransalı Julie Sabatieyə qalib gələib və yarımfinala adlayıb.

Təəssüf ki, Nataliya Sinişin yarımfinalda İsveç güləşçisi Sofia Mattsona məğlub olub.

Əvəzində Mariya Stadnik yarımfinal mərhələsində polşalı İvona Matkovska ilə qarşılaşmada qalib olaraq adını finala yazdırıb.
Günün ikinci yarısında Azərbaycan güləşçilərindən Mariya Stadnik 48 kq çəki dərəcəsində Avropa Oyunlarının qızıl medalı uğrunda, Nataliya Sinişin isə bürünc medal uğrunda yarışacaqlar.

M.Stadnikin rəqibi Bolqarıstanlı Elitsa Yankova, N.Sinişinin rəqibi isə Ukrayna idmançısı Tetyana Kit olacaq.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı