Modern.az

Bizimlə hesablaşmaq vacibdir

Bizimlə hesablaşmaq vacibdir

15 İyun 2015, 13:35

Bəli, xoş niyyətli insanların səbirsizliklə gözlədikləri an yetişdi. Xəbislərin, uğurlarımıza sevinməyən riyakarların iyrənc niyyətləri elə həmin gün də puç oldu. Bu gün bütün dünyanın gözü öz yenilməzliyi ilə seçilən , beynəlmiləlçiliyi, qonaqpərvərliyi ilə hələ sovetlər dönəmindən sevilən doğma Bakımıza dikilib. O Bakı ki tarixlər boyu dünya mədəniyyətinin və sivilizasiyasının mərkəzi sayılıb. Dünya ədəbiyyatına, incəsənətinə zaman-zaman korifey sənətkarlar bəxş edən Azərbaycanımızın paytaxtında son illər baş tutan beynəlxalq tədbirlər bir daha təsdiq edir ki, biz bir millət olaraq çox güclüyük və bütün sahələrdə öndə addımlamağa qadirik.

Avropa ölkələrinin maliyyə girdabında boguldugu bir məqamda Azərbaycan dövləti, onun müdrik lideri İlham Əliyev küllü miqdarda maliyyə vəsaiti tələb olunan bu cür nəhəng tədbirlərin hər dəfə ölkəmizdə keçirilməsini təklif etməklə dünya mədəniyyətinin, incəsənətinin, idmanının inkişafı naminə bu addımı atmağa hazır olduğunu bəyan edib. Və baş tutan möhtəşəm tədbirlərin fonunda ən başlıcası o da sübut olunub ki, biz güclü dövlətik və başqa sahələrdə də bizimlə hesablaşmaq vacibdir. Doğrudan da, əgər nəzərə alsaq ki, hər bir dövlətin gücü təkcə onun silah arsenalının miqdarı və miqyası, əhalisinin sayı və ərazisinin ölçüsü ilə deyil, onun yüksək iqtisadi göstəriciləri, mədəni səviyyəsi, təhsili, təmsil etdiyi xalqın firavan yaşayışı, dinamik inkişafı ilə ölçülməlidir, onda birmənalı şəkildə təsdiq olunur ki, Azərbaycan çox güclü bir dövlətdir.

Son illər belə mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməklə dövlətimiz bir də onu sübut edib ki, biz Avropa ölkələrinin inkişafı üçün əlimizdən gələni heç vaxt əsirgəmirik. Amma təəssüflər olsun ki, qloballaşma dövründə dövlətimiz tərəfindən atılan belə cəsarətli addımlar bizi Avropaya hər dəfə bir addım yaxınlaşdırmaq əvəzinə çörəyimizin duzunu hiss etməyənlər tərəfindən haqsız qınaqlarla da üzləşirik. İstər “Eurovision” yarışması, istərsə də “Bakı-2015” I Avropa Oyunları yarışması o qədər qısqancıqla qarşılandı ki, hətta Avropa Parlamentində təmsil olunan deputatların 50 faizidən çoxu belə, Azərbaycana qarşı təşkil olunan bu cür ədalətsiz iddiaları absurd hərəkət adlandırdı. I Avropa Oyunlarına ciddi hazırlıq prosesi ərəfəsində Avropa Parlamentində “İdman və insan hüququ” mövzusunda dinləmələrin və müzakirələrin aparılması 33 deputatdan 15-nin ciddi narazılığına və tənqidinə məruz qaldı. Azərbaycana qarşı başlanan “səlib” yürüşünün və neofaşist münasibətinin bu dəfə təmsil olunduğumuz Avropadan başlanması ikrah hissini bir daha artırdı. Onlar öz kəsici dişlərini bizim üzərimizdə artıq bir neçə dəfə sınamışdılar, ancaq hər dəfə də müdrik liderimiz İlham Əliyev tərəfindən mərdliklə susdurulmuşdular, nəticədə ermənipərəst deputatlar qəzəblərinin nəticəsi olaraq ancaq öz dillərini kəsib-doğraya bilmişdilər.

Mənbəyi erməni lobbisinin dezinformasiyalarından qaynaqlanan bu tip çıxışlar son məqamda bizim üçün bir çox mətləbləri də açıqladı. Artıq əminlik yaranıb ki, bir müddət əvvəl Azərbaycanın haqq səsini müəyyən mənada dəstəkləməkdə israrlı olan bu təşkilata artıq tamamilə bel bağlamaq olmaz. Çirkin xislət sahibi olan Şultsun və əxlaqında problem olduğu vurğulanan müavininin rəhbərlik etdikləri Avropa Parlamentidən bundan artıq nə gözləmək olardı axı?! Dövlətimizin imicini ləkələmək cəhdləri baş tutmayan “şults”ların və onların havadarlarının iyrənc niyyətləri şükürlər olsun ki,öz məcrasında boguldu. Azərbaycanı, onun əvəzolunmaz lideri Prezident İlham Əliyevi dəstəkləyən bütün beynəlxalq təşkilatlar,sağlam əqidəli incanlar bu qurumun fəaliyyətini hədsiz dərəcədə pislədilər və bütün dünyanın bu gün diqqət kəsildiyi, Avropa ölkələri rəhbərlərinin iştirak etdikləri mötəbər tədbirimizə böyük ruh yüksəkliyi ilə start verildi.

Bu münasibətlə xalqımı, bütün dünya prezidentlərinə əzmkarlığı, prinsipiallığı, cəsarəti, zəkası ilə nümunə olan möhtərəm cənab Prezident İlham Əliyevi və “Bakı-2015” I Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanı ürəkdən təbrik edirəm. Tanrı onları xalqıma çox görməsin!

İdman bayramın mübarək, Azərbaycan!

Valeh MİRZƏ,
Azərbaycan Yazıçılar İttifaqının və
Azərbaycan Jurnalistlər birliyinin üzvi

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Azərbaycana şok MESAJ