İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı səfiri Arif Məmmədov vəzifəsindən geri çağırılıb.
Diplomatik mənbələrdən APA-ya verilən məlumata görə, A. Məmmədov İƏT-in diplomatı statusundan məhrum edilib və təşkilat sıralarından qovulub.
Qeyd edək ki, A. Məmmədov 2013-cü ildə bu vəzifəyə təyin olunmuşdu. Daha əvvəl isə o, Azərbaycanın Brüsseldəki səfiri və Avropa İttifaqı yanında daimi nümayəndəliyinin rəhbəri vəzifələrində çalışıb.
***
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İslam Əməkdaşlıq Təşkilatı (İƏT) tərəfindən Arif Məmmədovun təşkilatın Avropa İttifaqı yanındakı səfiri vəzifəsindən geri çağırıldığını təsdiq edib.
Bunu Trend-ə Azərbaycan XİN-in mətbuat xidmətinin əməkdaşı Könül Süleymanlı deyib.
Onun sözlərinə görə, bu barədə İƏT Katibliyinin Azərbaycan XİN-in notasına cavab olaraq Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinə ünvanladığı məktubda qeyd olunur.