Modern.az

Bakı-Naxçıvan təyyarəsində nasazlıq oldu, avialayner geri qayıtdı

Bakı-Naxçıvan təyyarəsində nasazlıq oldu, avialayner geri qayıtdı

Təhsil

15 İyun 2015, 20:52


İyunun 15-də Bakı-Naxçıvan marşrutu üzrə uçan “Boeing-757” təyyarəsi mühərriklərinin birində yaranan nasazlıq səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna qayıdıb.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, eniş yerli vaxtla saat 19:21-də uğurla başa çatıb.

Təyyarənin sərnişinləri ehtiyat təyyarə ilə Naxçıvana yola salınacaq.

Modern.az


 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan gözlənilməz hücum: Rusiya zavodları bombalanır