Modern.az

Azəbaycanın gimnastlar komandası bürünc medal qazandı

Azəbaycanın gimnastlar komandası bürünc medal qazandı

Təhsil

15 İyun 2015, 21:01



İyunun 15-də Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə çöxnövçülük yarışında komandaların mübarizəsi başa çatıb.

Azərbaycan gimnastları çoxnövçülük üzrə komanda yarışlarında bürünc medal qazanıblar.

Kişilər arasında 6 növdə gimnastik hərəkətlərdən sonra Rusiya komandası ən yüksək nəticə göstərərək (178.963) fəxri kürsünün birinci pilləsinə qalxıb. Ukrayna komandası 177.429 xalla gümüş, Azərbaycan gimnastları isə 174.195 xalla bürünc medallara layiq görülüb.

Kişilər arasında idman gimnastikası üzrə Azərbaycanı Oleq Stepko, Eldar Səfərov və Pyotr Paxnyuk təmsil ediblər.

Qadın gimnastlar arasında 4 növdə komanda yarışlarında da Rusiya millisi (116.897) qızıl medala layiq görülüb. Gümüş medalı 110.397 xalla Almaniya komandası qazanıb. Niderland idmançıları isə 110.099 xal toplayaraq bürünc medalla kifayətləniblər.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan gözlənilməz hücum: Rusiya zavodları bombalanır