Müasir Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkə Uşak əyalətində bağışlanmış xalçanın muzeydə yerində olmadığı aşkarlanıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Atatürk Muzeyində tarixi şəxsiyyətə məxsus olan fərdi əşyalar arasında yoxlanış aparılarkən 12 metrlik xalçanın yerində olmadığı müəyyənləşib.
Kameraların işləməməsi səbəbindən muzeyin Atatürkün fərdi əşyalardan ibarət deposunda xalçanın necə yoxa çıxması hələ ki naməlum qalır.
İzmir Mədəniyyət və Turizm Mərkəzi bu barədə nazirliyi məlumatlandırıb. Hazırda xalçanın ölkə xaricinə aparılıb-aparılmaması dəqiqləşdirilir.
Elmin NURİ