“Türkiyə ikinci Avropa Oyunlarını ən az xərclə təşkil edə bilər”.
Modern.az Türkiyə mətbuatına isrtinadən bildirir ki, bunu Avropa Olimpiya Komitəsinin İcra Komitəsinin üzvü, Türkiyə Milli Olimpiyada Komitəsinin sədr müavini Hasan Arat bəyan edib.
O Türkiyənin namizəd olacağı təqdirdə Avropa Olimpiya Komitəsinin də bu məsələyə müsbət baxacağına ümidvar olduğunu söyləyib.“Hollandiyanın Avropa oyunlarına ev sahibliyi etməyəcəyini qeyd etdikdən sonra bir sıra ölkələr namizədliklərini irəli sürüblər. Hazırda bununla bağlı müzakirələr gedir. İstanbulda olmasa da, Mersin və Antalya da hazır obyektlərimiz var.
Əgər Türkiyə istəyərsə, Avropa Oyunlarını ən az xərclə keçirə bilərik. Burada qərarı siyasi liderlər verir”.
Aytən ƏLİYEVA