Bu gün I Avropa Oyunlarında qadın güləşçilərin yarışında daha 4 idmançımız mübarizə aparacaq.
Modern.az xəbər verir ki, bu gün I Avropa Oyunlarında qadınlar arasında güləş yarışlarında Azərbaycanı 55 kq çəkidə Anjela Doroqan, 58q çəkidə İrina Netraba, 63 kq çəkidə Elmira Qəmbərova, 75 kq çəkidə Gözəl Zutova təmsil edəcək.
İlk olaraq 58 kq çәkidə mübarizə aparan İrina Nertaba italiyalı Karlo Ranyeroya qalib gəlib. İrina Nertaba rəqibini 8-4 hesabı ilə məğlub edib.
Bununlada İrina Netraba 1/4 finala vəsiqə qazanıb. Onun növbəti mərhələdəki rəqibi Bolqarıstan idmançısı Mimi Hristova olacaq.
Modern.az