Modern.az

Xanım güləşçimiz FİNALDA

Xanım güləşçimiz FİNALDA

Təhsil

16 İyun 2015, 12:52

İyunun 16-da "Bakı-2015" birinci Avropa Oyunlarının güləş yarışlarında qadın idmançılar mübarizəni davam etdirirlər.

Güləş yarışlarının dördüncü günündə 53, 58, 63 və 75 kiloqram çəki dərəcəsində qadın güləşçilər mübarizə aparıblar.

Güləşçilərimizin ilk rəqibləri müəyyənləşib. Belə ki, Anjela Doroqan (53 kq) türkiyəli Merve Kenger, İrina Netreba (58 kq) İtaliya təmsilçisi Karola Rainero, Elmira Qəmbərova (63 kq) Henna Johansson (İsveç), Gözəl Zutova (75 kq) Ukrayna güləşçisi Oksana Vaşçuk ilə qarşılaşıb.

Kazan Universiadasının bürünc medalçısı və Avropa çempionatının gümüş mükafatçısı İrina Netreba (58 kq) Avropa Oyunlarına qələbə ilə başlayıb. İtaliya təmsilçisi Karola Raineronu məğlub edən güləşçimiz dörddəbir finalda Bolqarıstan idmançısı Mimi Xristova ilə qarşılaşıb.

Anjela Doroqan (53 kq) birinci Avropa Oyunlarının dörddəbir final mərhələsinə yüksəlib. Türkiyəli Merve Kengerə qalib gələn güləşçimizin növbəti rəqibi macarıstanlı Mersedes Denes olub.

Kazan Universiadasının bürünc medalçısı və Avropa çempionatının gümüş mükafatçısı İrina Netreba (58 kq) Avropa Oyunlarına qələbə ilə başlayıb. İtaliya təmsilçisi Karola Raineronu məğlub edən güləşçimiz dörddəbir finalda Bolqarıstan idmançısı Mimi Xristova ilə qarşılaşıb. Rəqibini məğlub edən güləşçimiz yarımfinalda macarıstanlı Emese Barka ilə üz-üzə gəlib.

Anjela Doroqan (53 kq) birinci Avropa Oyunlarının yarımfinala yüksəlib. Türkiyəli Merve Kengerin ardınca macarıstanlı Mersedes Denesi məğlub edən Anjela Doroqan növbəti mərhələdə moldovalı Nataliya Budu ilə qarşılaşıb.

Anjela Doroqan birinci Avropa Oyunlarının final mərhələsinə yüksəlib. Yarımfinal mərhələsində moldovalı Nataliya Budu üzərində təmiz qələbə qazanan güləşçimiz qızıl medal uğrunda görüşdə Polşa təmsilçisi Roksana Zasina ilə qarşılaşacaq.

 

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı